“Laçında qanunsuz məskunlaşan ermənilər dünyanın gözü qarşısında ekoloji terror törədirlər”

saytların hazırlanması

Evə çatdırılma

“Laçında qanunsuz məskunlaşan ermənilər dünyanın gözü qarşısında ekoloji terror törədirlər”

Siyasət

16 Avqust 2022 18:22 889


“İki ilə yaxındır ki, torpaqlarımızın işğalından deyil, tarixi Zəfərimizdən, dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində  tarixi sahiblərinə qovuşmasından, həyata keçirilən nəhəng bərpa-quruculuq işlərindən, artıq start verilən Böyük Qayıdışdan bəhs edirik. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının icrası hazırkı dövrün əsas tələbləri sırasındadır. Azərbaycan üzərinə götürdüyü öhdəliklərə sadiqdir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə  Laçında  qanunsuz məskunlaşmış  ermənilərin çıxarılması ilə bağlı KİV-ə açıqlamasında bildirib.

 “Təbii ki, bunları sadalamağımız səbəbsiz deyil” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki,  Azərbaycan tərəfi Ermənistana bu ilin avqust ayının sonuna qədər Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaldaraq geri qaytarması üçün vaxt vermişdir. Dövlət başçısı İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bu məqama xüsusi diqqət yönəldərək bildirmişdir ki, əslində, bu tarixi Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan yerli ermənilər bizdən xahiş etmişdilər. Biz də buna razılaşdıq. Ölkə Prezidenti bir daha bəyan etdi ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konvensiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Baxmayaraq ki, oradan çıxmamaları ilə bağlı xəbərlər gəlir, bu mümkünsüzdür. Onlar hərbi cinayətkardırlar.  Dördpendirli pizza

Vüqar Rəhimzadə dövlətimizin uğurlu siyasəti nəticəsində Laçına qayıdacağımızı bildirib: “Zabuxa, Susa qayıdacağıq. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin sakinləri həmin günü səbirsizliklə gözləyirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan öhdəliklərə sadiqdir, Ermənistan isə ölkəmizə qarşı ərazi iddialarından əl çəkməyərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə vaxt uzatmağa çalışır. Amma unudur ki, vaxt uzatmaq onlara heç nə verməyəcək. İldən-ilə nəyinsə dəyişəcəyini düşünəndə təbii ki, 44 günlük İkinci Qarabağ müharibəsini yada salsalar daha yaxşı olar. İllər keçdikcə işğal altında olan torpaqlarımızın unudulacağını, əbədi olaraq onlarda qalacağını düşündülər. Amma zaman göstərdi ki, Azərbaycan həyata keçirdiyi siyasətlə hər gün Zəfər doğru bir addım atdı. Ən yüksək tribunalardan bir qarış torpağımızı belə düşmənə verməyəcəyimizi bəyan edən Azərbaycan dövləti  bu illər ərzində daha da gücləndi, dünyanın ən güclü ordularından birinə sahib oldu, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Döyüş meydanında qazandığımız tarixi Qələbəmizdə  beynəlxalq hüquq da əhəmiyyətli rol oynadı. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni qoşunlarının qeyd-şərtsiz ərazilərimizdən çıxarılması BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində öz əksini tapmışdır”.

YAP Xətai rayon təşkilatının sədri bu əsas tezisə də diqqəti yönəldib ki, dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi başlandığı gündən xalqa müraciətlərində, xarici mətbuata müsahibələrində “Biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik” bəyan etdi və bunu reallıqda təsdiqlədi. Son 19 ilə yaxın dövrün reallıqlarını təhlil etdikdə ulu öndər Heydər Əliyevin siyasi kursunun dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hər dövrün öz tələbi, hədəfi qarşıya qoyuldu və buna yüksək səviyyədə nail olduq. Yeganə məsələ artıq tarixə qovuşan Qarabağ münaqişəsi idi ki, o da zamanı çatanda dövlətimizin qətiyyəti, rəşadətli ordumuzun gücü sayəsində həll olundu, ədalət bərpa edildi, torpaqlarımız sahibinə qovuşdu, torpaq həsrətinə son qoyuldu. Artıq Böyük Qayıdışın ilk addımı atıldı. Zəngilanın Ağalı kəndi sakinlərini qarşıladı və yeni həyat başladı.

Vüqar Rəhimzadə təhlil əsasında bir daha bildirib ki, Kəlbəcərin boşaldılmasını səbəbsiz yerə xatırlatmadıq: “Vaxt bir gün, beş gün, bir ay da uzadıla bilər. Əsas olan budur ki, bir nöqtəyə vuraraq nəticə əldə edir, hədəfə çatırıq. Baxmayaraq ki, Laçında qanunsuz məskunlaşan ermənilər də dünyanın gözü qarşısında ekoloji terror törədirlər, meşələri yandırırlar,  amma torpaqlarımızı tərk edirlər. Bu torpaqlar bizimdir və əbədi olaraq bu torpaqlarda yaşayacağıq.”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!