Laçının Bəylik kəndi yenidən qurulur - Video

saytların hazırlanması

Evə çatdırılma

Laçının Bəylik kəndi yenidən qurulur - Video

Sosial

05 Fevral 2025 21:38 466


İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçının Bəylik kəndində də quruculuq işləri davam etdirilir.

Bir neçə aydan sonra illərlə yurd həsrətində olan sakinlər öz el-obalarına qovuşacaqlar.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Bəylik kəndi üzrə nümayəndəsi Ramiz Həsənov bərpa və yenidənqurma işləri barədə danışarkən qeyd edib ki, artıq kənddə son tamamlanma işləri aparılır: Dördpendirli pizza

"Evlər fərdi qaydada istilik sistemi, eləcə də mətbəx mebeli ilə təchiz edilib. Fasad, həmçinin daxili bəzək işləri yekunlaşıb. Yaxın vaxtlarda asfalt örtüyünün salınmasına da başlanılacaq".

Kəndin bərpasını həyata keçirən işçilər də işğaldan azad olunmuş torpaqlarımızda çalışmaqdan şərəf hissi duyduqlarını söyləyiblər.

"Qürur hissi keçiririk ki, bir neçə aydan sonra Bəylik kəndinin sakinləri öz evlərinə qayıdacaqlar", - Qabil Quliyev deyib.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!