"Artıq iki ildən çoxdur ki, tarixi Zəfərimizin sevincini yaşayırıq. Hər bir uğur onun hansı səylərin, qətiyyətin sayəsində əldə olunmasını təhlil etməyi bir tələb kimi qarşıya qoyur. Bu günlərdə dövlət başçısı İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bir daha diqqəti müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə mövcud olan hərbi-siyasi vəziyyətə yönəltdi. Bu həqiqəti xüsusi vurğuladı ki, Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonunun düşmən tərəfindən zəbt edilməsi AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi".
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə onu da bildirib ki, Azərbaycan dövləti bədnam AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründəki yarıtmaz siyasətinin hər bir uğursuzluğunu aradan qaldırmaq üçün illərdir səylər göstərir. pizza mizza
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Vətən torpaqlarını Ermənistanın işğalından azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan Bayrağını yağı düşməndən təmizlənmiş ərazilərimizdə ucaldan cənab İlham Əliyev böyük fəxr və qürur hissi ilə ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa edildiyini bildirir.
Vüqar Rəhimzadə bildirib ki, tarix heç zaman unudulmur: "Əksinə keçmişə baxaraq, tariximizin səhifələrini vərəqləyərək ondan dərs almağa çalışmalıyıq. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə mövcud olan vəziyyət onun səbəbkarlarının yaddaşından “silinsə” də tarix hər zaman bu xatırlatmaları onlara çatdırmağa yardımçı olur".
Telegram kanalımız