“Lada” müştərilərini məyus etdi

saytların hazırlanması

Evə çatdırılma

“Lada” müştərilərini məyus etdi

Avto

25 Mart 2026 10:25 1954


Rusiyanın məşhur avtomobil istehsalı şirkəti “AvtoVAZ” (Lada) yeni modellərin məhdud sayıda istehsal edəcəyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, şirkət qərbin sanksiyaları və logistik problemlərə görə ciddi komponent çatışmazlığı ilə üz-üzədir. Bu səbəbdən, “İskra” və elektromobil “Aura” modellərinin sifariş sayında ciddi azalma olacaq.

“AvtoVAZ” daha öncə, “Qranta” və “Vesta” kimi bazarda ciddi tələb görən modellərinin istehsalında uzunmüddətli fasilə vermişdi. Pepperoni pizza

Şirkət hazırda istehsal etdiyi “Lada Niva Legend” və “Niva Travel” kimi yeni nəsil off-road modellərin hərbi modifikasiyası ilə məşğuldur. Bu maşınlar Rusiyanın Ukraynada apardığı müharibədə geniş formada istifadə edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!