Lalə Bəxtiyarova işdən çıxarıldı -   YENİ TƏYİNAT

saytların hazırlanması

Evə çatdırılma

Lalə Bəxtiyarova işdən çıxarıldı - YENİ TƏYİNAT

Sağlamlıq

04 Mart 2026 13:29 1693


Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun elmi katibi Lalə Bəxtiyarova işdən çıxarılıb.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, bu barədə institutun rektoru, professor Nazim Pənahov əmr imzalayıb.

L.Bəxtiyarova uzun illərdir bu vəzifədə çalışırdı. Marqarita pizza

Rektorun digər əmri ilə tibb üzrə fəlsəfə doktoru, dosent Natəvan İsmayılova Həkimləri Təkmilləşdirmə İnstitutunun elmi katibi təyin olunub.

Qeyd edək ki, Natəvan Ramiz qızı İsmayılova 2002-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib.

2005-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasında assistent kimi fəaliyyətə başlayıb. 2015-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Azərbaycan Respublikasının dağlıq rayonunda əmək qabiliyyətli yaşda olan kişi əhalisi arasında ürəyin işemik xəstəliyi və onun risk amillərinin yayılması” adlı dissertasiya müdafiə edib.

2017-ci ildən Terapiya kafedrasında dosent vəzifəsində çalışır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!