Lalə Məmmədova açıqladı: Qızımı heç kim tanımasın deyə işləyir!

saytların hazırlanması

Evə çatdırılma

Lalə Məmmədova açıqladı: Qızımı heç kim tanımasın deyə işləyir!

Şou

21 Mart 2026 19:48 717


Bizi ana-atamız dünyaya gətirir. 17-18 yaşından sonra biz özümüz qurub yaratmalıyıq. İki qız övladım var. Böyük qızım ikinci kursda təhsil alır. İki ay tətildə belə özünə iş tapıb işləyir. Deyir ki, istəmirəm kimsə bilsin ki, sənin qızınam. Düzdür, mən də meqastar deyiləm. Mən qızımı alqışlayıram. 18 yaşından bilir ki, ayaqüstə olmaq üçün nələr etməlidir".

"Yeni Sabah" Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Qonaqcanlı" verilişində deyib. İfaçı valideynləri oğulları olan valideynlərə səslənib:

"İstəyirəm ki, tək qadınlar yox, kişilər də bu zəhmətə öyrəşsinlər. Biz xanımlar böyütdüyümüz oğulları çox nazlayırıq, olmaz. Qızımız evdə səhər duranda yerini yığmasa, gözünü deşirik ki, niyə yığmamısan, stəkan niyə buradadır? Amma oğula yox, "mən yığaram, edərəm" deyirik. Amma elə deyil. Bu gün oğulu da əsgər kimi böyütmək lazımdır. pizza sifarişi

Hətta ev bölgüsündə belə deyirlər ki, "qız ərə gedəcək, ev oğlana qalsın". Əslində isə oğlan işləyib evi qazanmalıdır. İstəmirəm qadınlarımız əziyyət çəksinlər. Həyatdır, sabah başlarına bir iş gəlsə, qadınlarımız ayaqüstə durmağı bacarsınlar. Ona görə də qadınların qarşısına çıxan kişilər də onlar qədər əziyyət çəkib, həyatda nəyəsə nail olmalıdırlar".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!