İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub.
Yenisabah.az xəbər verir ki, İqtisadiyyat nazirinin müavini Anar Axundov Latviya Respublikasının kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri Armands Krauze ilə görüşüb.
Görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin rolu qeyd edilib. Bildirilib ki, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi iqtisadi gündəliyimizin prioritet istiqamətlərindəndəndir və bu sahədə əməkdaşlığın inkişafı üçün müxtəlif mexanizmlər tətbiq edilir. Bu xüsusda Hökumətlərarası Komissiya səmərəli platformadır. pizza mizza
Tərəflər iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən, aqrar sektorda, su idarəçiliyi və meşəçilik sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Telegram kanalımız