Lavrov: “Bakı ilə Tehran arasında gərginlik müvəqqəti xarakter daşıyır”

saytların hazırlanması

Evə çatdırılma

Lavrov: “Bakı ilə Tehran arasında gərginlik müvəqqəti xarakter daşıyır”

Siyasət

29 Mart 2023 15:49 711


“Ümid edirik ki, Bakı ilə Tehran arasında münasibətlərdə mövcud gərginlik müvəqqəti xarakter daşıyır və ən qısa zamanda aradan qaldırılacaq”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Tehran və Bakı arasında münasibətlərin tənzimlənməsi üçtərəfli əməkdaşlığın təşviqinə töhfə verəcək: Dördpendirli pizza

“Bu, Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın təşviqinə, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı çərçivəsində vacib layihələrin həyata keçirilməsində bütün tərəflərin təsdiq etdiyi maraqları kontekstində töhfə verəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!