Lavrov niyə gəlir? - Zaxarova açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Lavrov niyə gəlir? - Zaxarova açıqladı

Siyasət

05 May 2021 10:38 111954


Sabah Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana yollanacaq.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, Rusiya XİN-in rəhbərinin Ermənistan rəhbərliyi ilə görüşlərin mayın 6-na planlaşdırılıb.

Mayın 10-11-də Sergey Lavrov Bakıya işgüzar səfərə gələcək. Sezar pizza

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, təmaslar zamanı “ikitərəfli və regional əməkdaşlıq məsələlərinin, habelə beynəlxalq aləmdə qarşılıqlı fəaliyyətin geniş spektrinə hərtərəfli baxılması” planlaşdırılır. Ancaq danışıqların prioritet mövzusu Dağlıq Qarabağla bağlı mövcud razılaşmaların həyata keçirilməsi olacaq.

Mariya Zaxarova bildirib: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının həyata keçirilməsinin praktik aspektlərinə üstünlük veriləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!