Lavrov: “Razılığa gəlmək üçün şanslar hər zaman var“

saytların hazırlanması

Evə çatdırılma

Lavrov: “Razılığa gəlmək üçün şanslar hər zaman var“

Siyasət

14 Fevral 2022 17:54 938


Təhlükəsizlik zəmanətləri ilə bağlı təklifə ABŞ-ın cavabı Rusiyanı qane edə bilməz. 

APA-nın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Prezident Vladimir Putinlə görüşdə bildirib.

O, ABŞ və NATO-nun Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə reaksiyaya cavabların hazır olduğunu və bu cavabların 10 səhifədən ibarət olduğunu söyləyib. Dördpendirli pizza

Rusiya XİN başçısı ölkəsinin təhlükəsizlik zəmanətləri ilə bağlı Qərblə razılaşmaq şanslarını da qiymətləndirib.

“Şanslar hər zaman var”, - o vurğulayıb.

Qeyd edək ki, Vladimir Putin bu gün Kremldə xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Lavrov Rusiya dövlət başçısına təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiyanın Qərbə təklifləri ətrafındakı vəziyyətlə bağlı məruzə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!