“Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı emosiyaları körükləmək üçün heç bir səbəb yoxdur”.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir əlavə edib: “Rusiya sərhəd delimitasiyası məsələsində Ermənistana və Azərbaycana kömək etməyə hazırdır”. Toyuqlu pizza
Sergey Lavrovun sözlərinə görə, Azərbaycan tərəfi bu hadisədən sonra hadisəni anlaşılmazlıqla və ən əsası delimitasiya və demarkasiya ediləcək sərhədin olmaması ilə izah edən açıqlamalar verib. “Orada heç kim bununla məşğul olmayıb. Tərəflərə belə işə başlamalarını təklif etdik. Bu məsələdə həm kartoqrafik materialların təqdim edilməsi, həm də məsləhət xidmətləri baxımından onlara kömək etməyə hazırıq”, – deyə rusiyalı nazir vurğulayıb.
Telegram kanalımız