““Taliban” hökumətinin rəsmən tanınmasından danışmaq hələ tezdir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Bu, taliblərin vədlərini nə zaman yerinə yetirməsindən, o cümlədən inklüziv hökumət formalaşdırılması, Əfqanıstan ərazisindən qaynaqlanan terrora və narkotik dövriyyəsinə qarşı effektiv mübarizədən asılıdır”, - deyə Xİn rəhbəri vurğulayıb. pizza
Xatərladaq ki, cari ilin avqustunda paytaxt Kabili ələ keçirən “Taliban” ABŞ və Qərb dövlətləri tərəfindən sanksiyalara məruz qalıb. Rusiya isə Kabildəki konsulluğunu saxlayan az sayda dövlətlərdən biridir.
Telegram kanalımız