“Lavrov tam səmimiyyət nümayiş etdirmək istəyirsə...”

“Lavrov tam səmimiyyət nümayiş etdirmək istəyirsə...”

Siyasət

05 Fevral 2023 17:23 3309


"Rusiyanın baş diplomatı S.Lavrov ilk dəfə Ermənistanın Azərbaycanın 7 rayonunu işğal etdiyini və birmənalı olaraq İrəvanın son 35 ildə işğalçı olduğunu bəyan etdi. Əslində S.Lavrovun bəyanatı bizi qismən qane edir".

Yenisabah.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev qeyd edib. 

Hərbi ekspert Rusiyanın işğalçı öklə ilə imzladığı sənədləri xatırladıb:

"Maraqlıdır ki, Rusiyanı işğalçı ölkə ilə iqtisadi, siyasi və hərbi sahədə əməkdaşlıq barədə onlarla sənədi, o cümlədən Ermənistanda 2044-cü ilə qədər hərbi bazanın yerləşdirilməsi barədə müqavilə imzalamağa kim və ya nə vadar edib?"

"S.Lavrov bu məsələdə tam səmimiyyət nümayiş etdirmək istəyirsə, işğal dövründə Ermənistanla imzalanan sənədlərdən Rusiyanın gec də olsa imzasını geri çəkdiyini də elan etsin. Bunu Rusiya tez ya gec etməli olacaq, amma Lavrovun ya Mişustinin dilindən səslənməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır", - Ədalət Verdiyev əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!