Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov telefonla Ermənistan-Azərbaycan sərhədində vəziyyətin normallaşdırılması yollarını müzakirə ediblər.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN rəhbərləri ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəmləri müzakirə ediblər. pizza sifarişi
Nazirlər çoxşaxəli Rusiya-Azərbaycan əlaqələrinin davamlı inkişaf etdiyini, ticarət-iqtisadi əlaqələrin durmadan artdığını məmnunluqla qeyd ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il iyulun 20-də Rusiya Federasiyasına işgüzar səfəri zamanı əldə olunmuş razılaşmaları həyata keçirmək üçün qarşılıqlı meyl təsdiqlənib.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 Noyabr 2020 və 11 Yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin müxtəlif aspektləri, habelə Ermənistan-Azərbaycan sərhədində vəziyyəti normallaşdırmağın yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin qarşısını almaq üçün Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli İşçi Qrupunun fəaliyyətinin erkən bərpa edilməsinin vacibliyi vurğulanıb.
BMT, ATƏT və "Xəzər beşliyi" daxil olmaqla beynəlxalq platformalarda əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərinə baxılıb.
“Xarici işlər nazirlikləri vasitəsi ilə gələcək təmaslar barədə razılığa gəlinib”, - deyə məlumatda qeyd olunur.
Telegram kanalımız