Lavrovdan İdlib və Türkiyə açıqlaması: “Putinlə Ərdoğanın razılaşması...”

saytların hazırlanması

Evə çatdırılma

Lavrovdan İdlib və Türkiyə açıqlaması: “Putinlə Ərdoğanın razılaşması...”

Siyasət

04 Oktyabr 2021 23:07 1611


"İdlibin deeslakasiya zonasında terror təhlükəsi nəinki azalır, əksinə artır".

Yenisabah.az xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu açıqalamanı Moskvada misirli həmkarı Sami Şükrü ilə görüşündə verib.

Suriyanın İblib bölgəsində mövcudluğunu qoruyub saxlayan terrorist qrupların Suriya ordusuna qarşı hücumlar etdiyini bildirən Sergey Lavrov onların hətta rus qüvvələrinə qarşı da çıxmaq təşəbbüsü göstərdiklərini deyib: pizza

"Bu səbəbdən Rusiya tərəfi Putinlə Ərdoğan arasında razılaşmanın yerinə yetirilməsini istəyir. Hansı geyimdə olmaları fərq eləmir, ən başda Heyəti-Təhrir-Şam qruplaşmaları olmaqla bütün terrorist birləşmələr təcrid edilməlidir. Türkiyə İdlibdə terroristləri nə qədər tez təcrid edtsə, bir o qədər yaxşı olar"./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!