Lavrovdan sülh müqaviləsi ilə bağlı vacib açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Lavrovdan sülh müqaviləsi ilə bağlı vacib açıqlama

Siyasət

05 Dekabr 2022 16:08 1420


"Tərəflərin sülh müqaviləsinin Alma-Ata Bəyannaməsi əsaslanmasına razı olması yekun işi yüngülləşdirir".

Yenisabah.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı mövcud təkliflər bir daha nəzərdən keçirilib. pizza mizza

S. Lavrovun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı Rusiyanın təklifi çoxdan gündəmdədir: "Bu təklif bu ilin əvvəlində tərəflərə təqdim olunmuşdu. Praqada tərəflər sülh müqaviləsinin Alma-Ata Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər. Tərəflər buna razıdırlar. Bu isə sülh müqaviləsi ilə bağlı vəzifənin həllini yüngülləşdirir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!