Lavrovla Mirzoyan sülh müqaviləsinin detallarını müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Lavrovla Mirzoyan sülh müqaviləsinin detallarını müzakirə etdi

Siyasət

05 Sentyabr 2022 22:51 956


Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada danışıqlar zamanı regionda nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması üzrə gələcək addımları müzakirə ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirliyi məlumat yayıb.

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının hərtərəfli yerinə yetirilməsi üzrə öhdəlik təsdiqlənib. Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, eləcə də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması kontekstində gələcək addımlar müzakirə edilib”, - deyə bazar ertəsi Rusiya XİN-in saytında dərc olunmuş məlumatda bildirilib./Oxu.az pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!