Lebron Ceyms Maykl Cordanı geridə qoydu

saytların hazırlanması

Evə çatdırılma

Lebron Ceyms Maykl Cordanı geridə qoydu

İdman

21 Dekabr 2025 15:12 565


Lebron Ceyms Amerika Milli Basketbol Assosiasiyasında (NBA) rekorda imza atıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə NBA-nın sosial şəbəkə hesablarında məlumat paylaşılıb. 

Bildirilib ki, 40 yaşlı basketbolçu "Los-Anceles Klippers" - "Los-Anceles Leykers" (88:103) matçında 36 xal toplayaraq qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Toyuqlu pizza

"Leykers"in ulduz basketbolçusu bunun sayəsində 40 və daha yuxarı yaşda 35+ xalın toplandığı matçların sayına görə Maykl Cordanı geridə qoyaraq NBA rekordçusu olub.

Qeyd edək ki, Cordan bu yaş kateqoriyasında cəmi üç oyunda 35-dən çox xal toplayıb. Ceymsdə belə oyunların sayı dörddür./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!