Ölkə başçısının sərəncamı ilə ləğv olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin rəhbəri Nazim İsmayılov hələ də kabinetini boşaltmayıb.
Ləğv olunan agentlik və onun strukturları olan Dövlət Aerogeodeziya və Bakı kartoqrafiya fabriki, eyni zamanda, orada çalışan işçilər ETSN mərkəzi icra aparatına tabe edilib. Elə əsl problem də bundan sonra başlayıb.
Agentlik ləğv edildiyindən qurumun rəhbəri Nazim İsmayılov da tutduğu vəzifədən avtomatik azad olunmuş hesab olunur. Nazim İsmayılov vəzifədən azad olunmasına baxmayaraq, işçiləri gözümçıxdıya salaraq, onlara işləməyə imkan vermir. pizza mizza
Dövlət agentliyinin işçiləri bildirir ki, N. İsmayılov işçilərə qeyri-qanuni olaraq göstərişlər verir və onun icrasını tələb edir. “Ona deyəndə ki, artıq siz bu vəzifəni daşımadığınızdan hər hansı göstəriş verə biməzsiz, cavabında deyir ki, mən nazirlə (burada ekologiya və təbii ehtiyatlar naziri Muxtar Babayev nəzərdə tutulur-red) görüşüb, məsələni müzakirə etmişəm. Lakin, bizə məlumdur ki, o cənab nazirlə görüşməyib. Qeyri-qanuni olaraq işçilərə əmrlər verir”.
Əməkdaşların dediyinə görə, N.İsmayılov ləğv olunan qurum əvəzinə Geodeziya və Kartoqrafiya MMC yaradılacağını və bu idarəyə özünün rəhbərlik edəcəyini bildirir: “Artıq yeni yaradılacaq MMC-nin Nizamnaməsinin də hazır olduğunu deyir. N. İsmayılov bir az da qabağa gedərək xəyali yaradılan yeni qurum üçün ştat cədvəli müəyyən edərək, oradakı vəzifələrə, ştatalara təyinatlar həyata keçirib. N.İsmayılov işçilərlə söhbətdə deyib ki, yeni yaradılacaq qurumda ciddi ixtisarlar aparılacaq və hazırda çalışan 400-dən artıq işçinin təqribən yarısı işdən azad ediləcək”.
İşçilər deyib ki, bu barədə ETSN-dən heç bir bilgi yoxdur. Ləğv olunaraq ETSN mərkəzi icra aparıtına tabe edilən strukturların rəhbərləri nazirlə görüşmək istəsə də, N.İsmayılov onların nazirlə görüşünə imkan vermir: “Hətta əməkdaşları hədələyir. Yaranmış bu qeyri-müəyyənlik isə işçilər arasında ciddi gərginliyə səbəb olub. Onlar sabahkı talelərinin necə olacağını bilmir”.
Onu da qeyd edək ki, Nazim İsmayılov Dövlət Geodeziya və Kartoqrafiya Dövlət Agentliyinə 2018-ci ilin oktyabrında təyin olunub. Bu təyinatadək isə nazirlikdə şöbə müdiri vəzifəsində çalışıb.
Avropa.info
Telegram kanalımız