“Leninqrad bandası”na tərs şillə: Putin xəyanəti bağışlamır! 

saytların hazırlanması

Evə çatdırılma

“Leninqrad bandası”na tərs şillə: Putin xəyanəti bağışlamır! 

Siyasət

24 Avqust 2023 10:27 839


Yevgeni Priqojin Vladimir Putinə məxsus “Leninqrad bandası”nın bir o qədər də diqqəti çəkməyən sıravi üzvlərindən biri idi. Onu Putinin vassalı, yaxud da hakim elitanın nüvəsini təşkil edən dəstənin qanuni üzvü saymaq olardı. Nəticə etibarilə onun ölümü əvvəllər toxunulmaz olan əsas üzvlərin buraxdıqları ilk səhvdə öldürülə biləcəyi təəssüratını yaratdı. 

İndiki məqamda, əgər rejim həqiqətən də öz əsas üzvlərindən birini öldürübsə, deməli, “Leninqrad bandası” göründüyü qədər birləşməyib. Eləcə də Priqojinin ölümü, yaxud öldürülməsi yuxarı elitanın arasında bölünmələrin dərinliyini əks etdirir. 

Həmçinin bu, sıravi adamlarda Putin rejimin çöküşü ilə bağlı bir sıra təəssürat yaradıb. Daha da pisi isə bundan sonra bandanın digər üzvlərinin özlərini nə dərəcədə təhlükəsiz hiss etmələridir. Çünki sabah, o biri gün “hədəf taxtası”nda onlar da ola bilər. “Leninqrad bandası”nın üzvləri üçün bu gün cavabı tapılmayan əsas sual edəcəkləri hansısa səhv hərəkət müqabilində onların əvvəlki toxunulmazlığının nə qədərinin qalması məsələsidir.  pizza

Yevgeni Priqojini Vladimir Putin öldürüb?

Bu barədə müxtəlif fərziyyələr irəli sürülsə də, hələlik məsələnin əsl mahiyyəti gün üzünə çıxmayıb. Lakin Priqojinin artıq Putin üçün “istənilməyən adam” olması bu ehtimalları getdikcə daha çox yüksəldirdi.

İyun qiyamından sonra Rusiya hakimiyyətinə “dişlərini qıcayan” Priqojin düşünürdü ki, əlindəki dəstə ilə hakimiyyətə təsir edə bilər. Lakin Putinin planlarında artıq onun “qələmi” çoxdan qırılmışdı. 

Priqojin kimdir?

Putinin şəxsi aşbazı, “Concord Catering” və “Wagner”in sahibi olan Priqojin Rusiyanın müstəmləkəçilik siyasətinin, eləcə də rus şovinizminin yayılmasında əməyi keçən personalardan biri olub. Ramzan Kadırov qədər olmasa da, Priqojinə də “Vova”nın “şilləvuran”ı deyirdilər. Bu psixopat şəxsin törətdiyi əməllər dünya mediasında hər zaman şok effekti yaratmağı bacarmışdı. 

“Xəyanət” və ölüm

Qeyd etmək lazımdır ki, 2022-ci ildə Ukrayna kampaniyası başlayandan ən ön sırada vuruşan, Baxmutu işğal edən də Priqojin və adamları olub. Sonra isə çarxlar çöndü və Priqojin mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdı. Qiyam isə Putinin təbirincə desək, “xəyanət” idi. Lakin Priqojinin başıpozuq hərəkətləri ötən ilin sonlarına yaxın büruzə verməyə başlamışdı. Öncəlikdə hədəfdə müdafiə naziri Sergey Şoyqu ilə Baş Qərargah rəisi Valeri Gerasimovun adını səsləndirən Priqojin rus ordusunun Ukraynadakı “Vaqner” düşərgələrini bombalamasından sonra bütün oxlarını Vladimir Putinə doğru çevirdi. Yekun olaraq isə Rusiya Milli Qəhrəmanı olan bu şəxsin adı sonuncu qiyamdan sonra “vətən xaini” olaraq adlanmağa başlandı.

Məşhur müsahibə və...

Priqojinin ölümündən sonra Vladimir Putinin Andrey Kondraşova verdiyi məşhur müsahibə sosial şəbəkələrin Rusiya seqmentində yenidən viral olub. Belə ki, məlum müsahibədə jurnalistin “sizcə bağışlamaq mümkündürmü” sualına cavab verən Rusiya lideri yalnız xəyanəti bağışlamadığını dilə gətirib.

Qısası, Priqojinin rejimə qarşı hərbi qiyam qaldırması Putinə görə bir xəyanət idi və o, əsla xəyanəti bağışlamır. Dünən bir daha sübut oldu.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!