Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri davam etdirilir.
Agentlikdən “Yeni Sabah”a verilən məlumata görə, Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Hər bir hərəkət zolağının eni 3.5 metr, çiyinlərin eni isə 2.5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir.
Yenidənqurma işləri çərçivəsində yolun normativ eninin alınması üçün döngələrdə qruntun mexanizmlə kəsilməsi və daşınması, həmçinin torpaq yatağının layihə hündürlüyünə çatdırılması işləri görülür, yol profilə salınır və yeni yol yatağı inşa edilir. Sezar pizza
Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri də görülür, dəmir-beton küvetlər inşa edilir. Bundan başqa bu və digər ərazilərdə istinad divarı inşa edilir, dəmir-beton svaylar vurulur, drenaj xətləri çəkilir və yeni suötürücü borular quraşdırılır.
Torpaq işləri yekunlaşan ərazilərdə asfaltlanma işləri görülür. Düzləndirici asfalt qatı, ardı ilə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi təmin edilir.
Layihəyə uyğun olaraq yolda olan mövcud körpülərin təmiri və genişləndirilməsi işləri görülür. Körpülərin ətrafında əlavə bərkitmə işləri aparılaraq, dəmir-beton svaylar vurulur.
Yenidənqurma işlərinin sonuncu mərhələsində yol boyu 6 avtobus dayanacağı, hərəkətin normal təşkili üçünsə yol boyu zəruri olan yerlərdə yol nişanı, məlumatverici lövhə, siqnal dirəkləri və km göstəriciləri quraşdırılacaq.
Telegram kanalımız