Lənkəranda ağır qəza: Xəsarət alanlar arasında uşaqlar da var

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda ağır qəza: Xəsarət alanlar arasında uşaqlar da var

Hadisə

10 Oktyabr 2025 10:31 357


Lənkəran rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Şovu kəndi ərazisində qeydə alınıb.

2003-cü il təvəllüdlü Murad Mirzəzadənin idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi Eldəniz Əmrəyevin idarə etdiyi "Reno" markalı avtomobillə toqquşub. Dominos pizza

Hadisə nəticəsində "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü və digər avtomobildə olan sərnişinlər - 2008-ci il təvəllüdlü E.Əmrəzadə, Ş.Sultanova (2008), F.Əmrəzadə (2013) və X.Məmmədli (2018) müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!