Lənkəranda ana əməliyyat zamanı öldü

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda ana əməliyyat zamanı öldü

Sağlamlıq

03 May 2019 05:44 1526


Lənkəran Mərkəzi Xəstəxanasında ana ölümü baş verib.

Rayon sakinlərinin  bildirdiyinə görə, Osaküçəkənd sakini, 1979-cu il təvəllüdlü Quliyeva Vəfanə Kərim qızı mayın 1-də xəstəxananın doğuş şöbəsində qeysəriyyə əməliyyatı olunub. Lakin həkim səhlənkarlığı səbəbindən daxili qanaxmaya diqqət edilməyib. Vaxtında qiymətləndirilməyyən qanaxmanın dayandırılması üçün ananın 2 may tarixində  iki dəfə təkrar cərrahi əməliyyata götürüldüyü bildirilir.

Mayın 2-dən 3-nə keçən gecə isə Quliyeva Vəfanə  dünyasını dəyişib. pizza

Bildirilir ki, ana öz ayağı ilə doğuş şöbəsinə girib, daxil olarkən  heç bir əlavə xəstəliyi olmayıb. Körpənin isə sağ-salamat olduğu qeyd edilib. 

Modern.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!