Lənkəranda ana körpəsini dünyaya gətirib vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda ana körpəsini dünyaya gətirib vəfat etdi

Sağlamlıq

04 May 2019 17:44 1284


Lənkəranda ana övladını dünyaya gətirdikdən sonra vəfat edib.

Ötən gecə vəziyyəti ağır olduğundan 1979-cu il təvəllüdlü Osaküçə kənd sakini Bəfanə Kərim qızı Quliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasında təcili olaraq əməliyyata alınıb.

O, qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. Lakin əməliyyatdan sonra qanaxma baş verib. Növbəti dəfə əməliyyat olunan qadın gecə saatlarında vəfat edib. Toyuqlu pizza

Körpənin vəziyyəti normaldır.

Məlumata görə, B.Quliyeva uzun müddət Bakıda müalicə alıb. Anaya körpəni dünyaya gətirməmək tövsiyə olunsa da, buna məhəl qoymayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!