Lənkəranda avtomobil velosipedçini vuraraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda avtomobil velosipedçini vuraraq öldürdü

Hadisə

01 Sentyabr 2025 22:46 438


Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb.

"Report"un cənub bürosunun məlumatına görə hadisə köhnə Ələt-Astara magistralınn rayonunun Göyşaban kəndindən keçən hissəsində baş verib.  

Rayonun Liman şəhər sakini, 2005-ci il təvəllüdlü Cavid Ceyhun oğlu Səfərli idarə etdiyi "Toyota Prius" markalı minik avtomobili ilə hərəkətdə olarkən, velosipedçi, rayonun Yuxarı Nüvədi kənd sakini, 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub. R.Teymurov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Dominos pizza

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!