Lənkəranda çay fabrikində lift qırıldı: Bir nəfər ağır xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda çay fabrikində lift qırıldı: Bir nəfər ağır xəsarət aldı

Hadisə

15 Avqust 2025 18:30 366


Lənkəran rayonunda çay fabrikində bədbəxt hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yerləşən çay fabrikində qeydə alınıb.

Belə ki, ilkin məlumata görə, rayonun Aşağı Nüvədi kənd sakini, 1969-cu il təvəllüdlü Bəxtiyar Məmmədov liftin qırılması nəticəsində ağır xəsarət alıb. Sezar pizza

B.Məmmədov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun səhhəti ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan şəxs dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın boşluğunun küt travması, sol qaşüstü nahiyənin və sol qulaq seyvanının əzilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!