Lənkəranda faciə: Yaralının vəziyyəti ağırdır

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda faciə: Yaralının vəziyyəti ağırdır

Hadisə

15 Avqust 2025 17:07 364


Bu gün Lənkəranda liftin qırılması ucbatından xəsarət alan şəxsin vəziyyəti ağırdır.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Xəsarət alan şəxs qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın boşluğunun küt travması, sol qaşüstü nayihənin və sol qulaq seyvanının əzilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. pizza

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

Faciə Lənkəranın Sütəmurdov kəndindəki çay fabriklərindən birində baş verib.

Lənkəranın Aşağı Nüvədi kənd sakini, 1969-cu il təvəllüdlü Bəxtiyar Məmmədov müəssisənin liftinin qırılması nəticəsində xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!