Lənkəranda kütləvi dava: 4 nəfər xəsarət aldı, biri bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda kütləvi dava: 4 nəfər xəsarət aldı, biri bıçaqlandı

Kriminal

28 Oktyabr 2024 21:13 1161


Lənkəranda kütləvi dava olub, bir nəfər bıçaqlanıb.

"Report"un Cənub bürosunun məlumatına görə, dava axşam rayonun Ürgə kəndi ərazisində qeydə alınıb.

Belə ki, dava zamanı rayonun Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Zakir Vüqar oğlu Səfərzadə bıçaqlanıb. pizza

Digər iştirakçılar - Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Rüstəm Nasib oğlu Əhmədov, 2011-ci il Yusif Nasib oğlu Əhmədzadə, Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Nurlan Seymur oğlu Əlizadə, Lənkəran rayonu, Boladi kənd sakini, 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasınına daxil olublar.

Bıçaqlanan Z.Səfərzadə əməliyyat blokuna alınıb.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!