Lənkəranda kütləvi dava, yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda kütləvi dava, yaralananlar var

Kriminal

16 Mart 2019 00:32 1112


Lənkəran rayonunda kütləvi dava olub, xəsarət alan var.

Hadisə Xolmili kəndində çayxananın qarşısında qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü İsi Hacıverdi oğlu Hacıyev kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Zərərçəkən bildirib ki, qardaşı 1957-ci il təvəllüdlü Cəmilin həmkəndlisi, hamının "Qorxmaz" kimi çağırdığı, 1970-ci il təvəllüdlü Vəfadar Hacıyevlə mübahisə etdiyini eşidib: "Yaxınlıqda olduğumdan tez hadisə yerinə gəldim və qardaşımın yerdə uzandığını gördüm. Qardaşım açıq ürək əməliyyatı keçirdiyindən mübahisə zəminində halının pisləşdiyini və yerə yıxıldığını gümün etdim. Lakin Qorxmazın yerə yıxılan qardaşıma yumruqla zərbə endirdiyini gördüm. Mən yaxınlaşanda üzərimə hücum çəkərək alın və çənəmə bir neçə zərbə endirdi. Mən də huşumu itirərək yıxıldım". pizza

Faktla bağlı DİN-in "102 xidməti" Zəng Mərkəzinə müraciət olunub.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!