Lənkəranda maşın təmiri sexində   PARTLAYIŞ

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda maşın təmiri sexində PARTLAYIŞ

Hadisə

19 Aprel 2026 17:51 761


Lənkəranda maşın təmiri sexində bədbəxt hadisə baş verib.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə Füzuli küçəsində "Kürə" deyilən ərazidə qeydə alınıb.

Lənkəran şəhər sakini, sözügedən sexdə usta işləyən 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlı benzinlə ehtiyatsız davranıb. Bu zaman benzin alovlanıb və yaranan partlayış ustaya ciddi xəsarət yetirib. İ.Qasımlı yanıq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanıq diaqnozu təyin ediblər. Xəsarət alana ilkin tibbi yardım göstərilib və vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib. pizza hut

Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!