Lənkəranda məktəbli bacı-qardaşı maşınla vuran şəxsə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda məktəbli bacı-qardaşı maşınla vuran şəxsə hökm oxundu

Kriminal

13 Yanvar 2026 15:09 373


Lənkəranda idarə etdiyi avtomobillə məktəbli bacı-qardaşı vuraraq öldürməkdə təqsirləndirilən Vurğun Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 10 il müddətə azadlıqdan məhrum edilib. Dominos pizza

Hadisə ötən il sentyabrın 19-da Lənkəran rayonunun Şovu kəndində baş verib. Vurğun Quluzadə "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən məktəbə gedən şagirdlər 2017-ci il təvəllüdlü Gülay Əlizadəni və onun qardaşı 2014-cü il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.4.-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!