Lənkəranda təbii fəlakət – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda təbii fəlakət – Fotolar

Rəsmi

23 Aprel 2019 23:03 1467


Lənkəran rayonunda torpaq sürüşməsi baş verib.

Son günlərdə leysan yağışları nəticəsində 22 km-lik Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun son 6 kilometrində, xüsusilə Xanbulan, Daşdatük və Biləsər kəndlərinə aparan yolda uçqunlar olub.

Yolboyu bir neçə yerdə torpaq sürüşmələri və çökmələr səbəbindən asfalt qatı dağılıb. Yolun bir hissəsinin çökməsi ilə 1,5 metr enində və 10-15 metr uzunluğunda yarğanlar yaranıb. Yolun yuxarı hissəsindən torpaq kütləsi aşağı doğru sürüşərək qoruyucu baryerləri sıradan çıxarıb. Yol yatağında da çökmələr var.  Dördpendirli pizza

Bundan başqa, dağ massivindən aşağı axan sel suları, əsasən, yolun su ötürücülərinin keçdiyi hissədə dağıntılar yaradıb. 

Artıq yolun bərpası istiqamətində tədbirlərin görülməsi məqsədilə texnikalar əraziyə gətirilib. Uçqunların olduğu yerlərdə xəbərdarlıq işarələri qoyulub. Təmir-bərpa işləri hava şəraiti sabitləşəndən sonra aparılacaq.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!