Fevralın 23-də Lənkəran Dövlət Universitetinin tələbələri aksiya keçiriblər. Universitetin hər iki korpusunda çalışan tələbələr boykot edərək həyətə toplaşıblar.
Bu barədə məlumat verən tələbələrin sözlərinə görə, aksiyaya səbəb dərsə tam hazırkən müəllimlərin tələbələrin qiymətini kəsməsidir.
"Bir sıra dəyişikliklər edərək tələbələrin imtahana giriş balını yığmasını demək olar ki, mümkünsüz ediblər. Davamiyyət balının və sərbəst işlərin ləğvi semestr imtahanından keçməyi imkansızlaşdırıb. Bunu müəllimlərin haqsızlığı kimi qiymətləndiririk,”- deyə tələbələr bildiriblər. pizza hut
Lənkəran Dövlət Universiteti hadisə ilə bağlı açıqlama verməyib.
Meydan TV
Telegram kanalımız