Lənkərandakı qəza ilə bağlı   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Lənkərandakı qəza ilə bağlı - Açıqlama

Kriminal

29 Avqust 2019 07:37 1298


Səhiyyə Nazirliyi Lənkəranda baş verən yol- nəqliyyat hadisəsi barədə yeni açıqlama yayıb. 

“Yeni Sabah” xəbər verir ki,  qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib. 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran MRX-ya çatdırılıb. 

Xəstəxanadan bildirilib ki, 10 nəfər xəstəxanada qalacaq digərləri ambulator müalicəyə buraxılır. Qalan 10 nəfərdən ikisi reanimasiya şöbəsindədir.  Reanimasiya şöbəsinə yerləşdirilən 2 qadından birinin vəziyyəti kritik kimi qiymətləndirilir.  pizza hut

Baş həkimin sözlərinə görə, açıq kəllə- beyin travması alan 42 yaşlı qadın komadadır.  Reanimasiya şöbəsində müalicə alan digər qadının diaqnozu qapalı kəllə beyin travması və qabırğa sınığıdır. Vəziyyəti ağırdır. Travmatologiya şöbəsində müalicə alan 8 qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!