Lerikdə elektrik böhranı – İki gündür işıq yanmır

saytların hazırlanması

Evə çatdırılma

Lerikdə elektrik böhranı – İki gündür işıq yanmır

Rəsmi

20 Aprel 2019 17:05 1200


Lerik rayonunun dağlıq ərazilərində qar fəsadlar törədib.

Rayonun ucqar ərazilərində enerji verilişində problemlər yaranıb. Orand kəndində də iki gündür ki, işıqlar yanmır. Elektrik təsərrüfatı işçilərinə kənd camaatı da köməklik göstərərək yaranan problemlərin aradan qaldırılması istiqamətində iş aparırlar. Kənd sakinlərinin bildirdiyinə görə, ərazidə qarın hündürlüyü 15-20 sm təşkil edir. Çiçəkləyən meyvə ağaclarını don vurub, təsərrüfatlara ziyan dəyib.

Nuravud, Pirəsora kəndlərində, xüsusilə də Kömürgöy zonasına qar daha çox yağıb. Şaxtalı hava səbəbindən yollar buz bağlayıb. pizza

Rayon mərkəzinə də qar yağsa da, yerdə qalmayıb. Bu səbəbdən hər hansı problem yaşanmayıb. Qar yağmaqda davam edir.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!