Lerikdə sürüşmə oldu, bir ev torpaq altında qaldı

saytların hazırlanması

Evə çatdırılma

Lerikdə sürüşmə oldu, bir ev torpaq altında qaldı

Xalqın səsi

30 Mart 2022 21:40 855


Lerikdə torpaq sürüşməsi olub.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Rayonun Lərmərud kəndində baş verən hadisə nəticəsində bir ev tamamilə torpaq altında qalıb.Kənd sakini, 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus birmərtəbəli 4 otaqlı ev, şəxsi təsərrüfat, iribuynuzlu heyvanlar üçün tikilmiş tövlə, 4 baş qaramal və 4 baş buzov tamamilə torpaq altında qalıb.

Hadisə zamanı evdə olan N.Baxşıyev ilə həyat yoldaşı xoşbəxtlikdən xəsarət almayıb. pizza mizza

Onlar hazırda qohumlarının evlərinə yerləşiblər./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!