“Leş ət” tapıldı – Bu dəfə Gəncədə

saytların hazırlanması

Evə çatdırılma

“Leş ət” tapıldı – Bu dəfə Gəncədə

Hadisə

26 Sentyabr 2019 17:19 891


Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən (DİN) "Yeni Sabah"a daxil olan məlumata görə, növbəti belə tədbir sentyabrın 26-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Gəncə şəhərində keçirilib.

Gəncə şəhər sakini A.Səmədovun Kəpəz rayonu, Gülçülük yaşayış massivində yerləşən heyvandarlıq təsərrüfatına baxış zamanı oradan çirklənmiş, istifadəyə tam yararsız vəziyyətdə olan 294 kiloqram çəkidə inək əti aşkar edilərək götürülüb. Marqarita pizza

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!