Leyla Əliyeva: “Bu axı nə üçün gərəkdir mənə?!“ -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Leyla Əliyeva: “Bu axı nə üçün gərəkdir mənə?!“ - VİDEO

Mədəniyyət

26 Mart 2026 22:47 951


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva instaqram səhifəsində yeni şeirini paylaşıb.

"Yeni Sabah" həmin şeiri təqdim edir:

Niyə səndən ötrü darıxır ürək, Dördpendirli pizza

Bu axı nə üçün gərəkdir mənə?!

Səninlə oyanıb, yuxuya getmək,

Cəhənnəm içində cənnətdir mənə.

Niyə bu qədər çox düşünüm səni,

Niyə bağışlayım ömrümü sənə?!

Bilirsən, şübhələr didir içimi,

Şahidsən qəlbimin üzüntüsünə…

Niyə sən yanımda deyilsən, niyə?

Özüm özlüyümdə qərar vermişəm.

Ağlımı bəladan qurtarım deyə,

Ürək döyüntümə divar hörmüşəm.

Neçə könül sındırmışam, söyləsəm,

İnan, qədərini saya bilməzsən.

Qəlbini qırmamaq istəyim əbəs —

Sən özün də bunu yaxşı bilirsən.

Bu gündəmi, dünəndəmi – nə vaxtsa,

Səninlə bir canda bütövdüm məgər.

Xoşbəxt bitər filmlərdə son

Həyatda səadət əvvəldə gələr.

Yamyaşıl çəməni, ağacları var,

Hər zaman sevdiyim dörd bir yanı var.

Amma darıxıram, sənsiz buralar…

Həsrət dumanında görünməz olar.

Niyə? Nə səbəbə? Cavabı yox ki,

Suallar qarşımda ümman-xəzəldir.

Bəlkə də, sadəcə ona görə ki…

Dünya sən olanda gözəldir!

Şeir: Leyla Əliyeva

Tərcümə: Sevinc Əliyeva

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!