Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə bayram sovqatları çatdırıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə bayram sovqatları çatdırıldı - Fotolar

Siyasət

31 Dekabr 2025 18:54 835


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb.

"Yeni Sabah" xəbər verir ki, "Bizim Mətbəx" sosial layihəsi çərçivəsində həyata keçirilən xeyriyyə aksiyasında könüllülərin iştirakı ilə Bakı şəhərinin Qaradağ rayonunda və Yevlax şəhərində yaşayan 200 aztəminatlı ailəyə ərzaq qutuları təqdim olunub.

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim Mətbəx" sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən "Bizim Mətbəx" könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar. pizza mizza

Qeyd edək ki, "Bizim Mətbəx" layihəsinin veb-saytı (https://bizimmetbex.az/) artıq bir ildən çoxdur ki, istifadəyə verilib və bu platforma vasitəsilə vətəndaşlar ianə edə, həmçinin könüllü kimi layihəyə qoşula bilirlər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!