Leysan, güclü külək... - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Leysan, güclü külək... - Faktiki hava

Sosial

26 Avqust 2024 09:41 275


Bu günə olan faktiki hava şəraiti açıqlanıb. 

Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, axşam və gecə bəzi yerlərdə arabir qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb. 

Düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 4 mm, Gədəbəydə 3 mm, Qax, Lerik, Mingəçevirdə 2 mm, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Şəki, Qobustan, Quba, Qusar, Şahdağ, Şabran, Altıağac, İsmayıllı, Şamaxı, Ağsu, Xaltan, Qrız, Xınalıq, Tovuz, Yevlax, Göyçay, Kürdəmir, Astara, Gədəbəy, Daşkəsəndə 1 mm-dək olub.  Dördpendirli pizza

Qrız, Lerikdə duman müşahidə olunub. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR və Aran rayonlarında 38, dağlıq rayonlarda 28 dərəcəyədək isti qeydə alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!