Lider TV-nin yayımı bərpa olunub.
"Yeni Sabah"ın xəbərinə görə, Lider telekanalı əvvəlki qaydada fəaliyyətini davam etdirir.
Qeyd edək ki, dünən axşam saatlarından etibarən Lider TV-nin yayımı dayanıb. pizza sifarişi
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, telekanalın yayımının dayandırılması barədə MTRŞ tərəfindən hər hansı qərar qəbul edilməyib. O qeyd edib ki, bu, Lider TV və Teleradio İstehsalat Birliyi arasında olan texniki məsələdir. Tərəflər bu məsələni öz aralarında həll edəcək, telekanalın maliyyə borcu var. /APA
Telegram kanalımız