Lider TV niyə müflis elan edildi?  - YENİ FAKTLAR

saytların hazırlanması

Evə çatdırılma

Lider TV niyə müflis elan edildi? - YENİ FAKTLAR

Rəqəmsal

17 İyun 2020 19:31 1923


“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin “Lider TV və Radio-Azərbaycan” MMC-nin 691.092,16 manat borcu yarandığı üçün müflis elan edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Demokrat.az-a Bakı Kommersiya Məhkəməsindəki mənbə məlumat verib. 

Məlumata görə, MMC 2019-cu ildən yaranan borcu ödəyə bilməyib. Buna görə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi tərəfindən borclu “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi barədə məhkəməyə müraciət edib.  Sezar pizza

Məhkəmədə çıxış edən MMC-nin nümayəndəsi Günay Əliyeva bildirib ki, iddiaçı ilə uzun illər əməkdaşlıq ediblər. 

Onun sözlərinə görə, öhdəliklərin həmişə vaxtında yerinə yetiriblər. Nümyəndə qeyd edib ki, son bir neçə ildə maliyyə problemlərinin yaranıb və bu səbəbdən borclanıblar. 

Məhkəmədən qeyd edilib ki, artıq  “Lider TV və Radio-Azərbaycan” MMC-yə yeni inizbatçı da təyin olunub. Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Abbasov Mikayıl Hümmət oğlu əmlak inzibatçısı təyin edilib. 

Qeyd edək ki, ötən gün Bakı Kommersiya Məhkəməsi “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi barədə qərar qəbul edib.   /Demokrat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!