Liderlərin görüşü ərəfəsində:   “2 ay keçib, lakin Rusiya vədini yerinə yetirməyib”

saytların hazırlanması

Evə çatdırılma

Liderlərin görüşü ərəfəsində: “2 ay keçib, lakin Rusiya vədini yerinə yetirməyib”

Siyasət

25 Oktyabr 2022 17:33 1326


“Rusiya ilə Azərbaycanın münasibətlərində son günlər özünü göstərən yeni təzahürlər başqa, yüksək səviyyədə Azərbaycan-Rusiya-Ermənistan görüşünün keçirilməsi isə başqa məsələlərdir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq razılaşması imzalayıb:  pizza

“Amma bu gün Rusiya ilə münasibətlərin gərgin həddə çıxması gəlinmiş yolun məntiqi nəticəsidir və ən az məsuliyyət daşıyan bir tərəf varsa, o da Azərbaycandır. Çünki Rusiya ilə strateji tərəfdaşlıq və qarşılıqlı fəaliyyət haqqında anlaşma memorandumundan əlavə, xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı informasiya təhlükəsizliyi sahəsində sazişin imzalanmışdı. Bu iki ölkə arasında münasibətlərin yeni mərhələyə çıxacağı inamı yaradırdı. Təəssüf ki, Rusiyanın media orqanlarında Azərbaycana qarşı bir çox hallarda arzuolunmayan münasibət görürük. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, müharibədən sonra yaranmış reallıqlara və Azərbaycanın mənafelərinə zidd şəkildə yanaşan ekspertlərin, habelə ermənipərəst ideologiya daşıyıcılarının fəaliyyəti, əlbəttə, yaxşı hadisə deyil.

Bir neçə ay əvvəl Qarabağdakı separatçı qurum “rəhbərləri”nin Azərbaycanın suverenliyinə qarşı yönəlmiş açıq-aşkar çağırışlardan ibarət müsahibəsini geniş tirajladılar. Sonra “Pervı kanal”da, Rusiya Dövlət Dumasının deputatının aparıcısı olduğu bir verilişdə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması və bu istiqamətdə çağırışların edilməsi oldu. Azərbaycanın informasiya sahəsində Rusiyaya cavab verməsi tam təbiidir və bu, ölkəmizin əsaslı narazılığından əmələ gəlir”.

Siyasi şərhçinin sözlərinə görə, müharibədən sonra Qarabağ münaqişəsindən qalmış məsələlərin həllində də Rusiyanın mövqeyi olduqca narahatdoğurucudur:

“İndiyə qədər Azərbaycan buna çox dözümlü yanaşdı. Xüsusilə, Qarabağdakı qanunsuz silahlı dəstələrin çıxarılması məhz Rusiyanın öhdəsinə verilmişdi. Amma görürük ki, Qriqoryanın dediyi vaxtdan 2 ay keçib, lakin Rusiya bunu yerinə yetirməyib.

Bundan başqa, Zəngəzur dəhlizinin açılması ilə bağlı – bu, Vladimir Putinin bəyanatında məxsusi bir yer tuturdu – məsələ xüsusi bir yer tuturdu. Amma bu günə qədər Rusiyadan bu istiqamətdə də Ermənistana ciddi təzyiqi görmürük. Habelə sərhədlərin delimitasiyası məsələsində. 

Hələ də Laçın dəhlizi Qarabağdakı separatçı rejim tərəfindən militarist məqsədlərlə istifadə olunur və Rusiya sülhməramlıları buna göz yumur. Sülhməramlıların gözünün qarşısında Azərbaycanın suveren hüquqlarına qarşı yönəlmiş, qəsd xarakterli addımların dəfələrlə şahidi olmuşuq. Bütün bunlar da Azərbaycanı adekvat etiraz addımları atmağa sövq etdi. 

Nəticədə, Azərbaycan Rusiyanın qarşısında etiraz notasıyla çıxış etmək məcburiyyətində qaldı”.

“Təkrar edirəm ki, bu münasibətlərin belə gərgin olmasının ən az məsuliyyət daşıyan tərəfi Azərbaycan, ən çox məsuliyyət daşıyan tərəfi isə Rusiyadır”, – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!