“Linkə daxil oldum, pulumu oğurladılar” - Paytaxt sakini

saytların hazırlanması

Evə çatdırılma

“Linkə daxil oldum, pulumu oğurladılar” - Paytaxt sakini

Sosial

17 Aprel 2025 00:59 817


Son vaxtlar bank kartlarından külli miqdarda vəsaitlərin oğurlanması adi hal alıb.

Az qala hər gün bununla bağlı xəbərlərə rast gəlirik. Bəzən bir klik, bəzən isə bir zəng vətəndaşların pullarını itirməsinə səbəb olur. Son oğurluqlardan sonra bu gün hər kəsi bir sual düşündürür. Pulu kartda saxlamaq nə dərəcədə etibarlıdır?

Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib. Dördpendirli pizza

Vətəndaşlar "Pulu evdə saxlamaq ən yaxşısıdır", "Uşaqların kartından 800 manata yaxın pul oğurlanıb", "Axırıncı dəfə 150 manat çıxdılar, linkə daxil oldum, pulumu oğurladılar" kimi fikirlər səsləndiriblər. Görünür, bəzi vətəndaşlar rəqəmsal ödənişlər sahəsində fırıldaqçılarla mübarizə apara bilmir.

Azərbaycan Banklar Assosiasiyası isə vətəndaşları əmin edir ki, kartlarda pul saxlamaq ən doğrusudur. "Vətəndaşlarımız güvənli formada öz vəsaitlərini bank hesablarında saxlaya bilərlər. Bugünkü reallıqda nağdsız, elektron ödənişlər rahat bir alətdir. Əsas odur ki, hər birimiz fərdi olaraq diqqətli olmalıyıq", - deyə ABA-nın ekspert qrupunun rəhbəri Cavidan Əfəndiyev mövzu ilə bağlı Baku TV-yə açıqlamasında deyib.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!