Liseyə silahlı hücum: Ölən və yaralananlar var -   YENİLƏNDİ-VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Liseyə silahlı hücum: Ölən və yaralananlar var - YENİLƏNDİ-VİDEO

Dünya

14 Aprel 2026 13:20 376


Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Ahmet Koyuncu adına Texniki Peşə Liseyinə silahlı hücum edən şəxsin kimliyi məlum olub.

“Yeni Sabah” xəbər verir ki, onun 2007-ci il təvəllüdlü, 19 yaşlı Ömər Ket olduğu müəyyən edilib.

O, hücumdan əvvəl sosial şəbəkədə paylaşım edərək hadisə ilə bağlı xəbərdarlıq xarakterli mesaj yayıb. Onun Instagram hesabında “Hazır olun, bu məktəbdə bir neçə gün sonra hücum olacaq, hazır olun qunduzlar” məzmunlu paylaşım etdiyi üzə çıxıb. pizza mizza

Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib ki, hadisə nəticəsində 10 şagird, 4 müəllim, 1 polis əməkdaşı və 1 bufet işçisi olmaqla ümumilikdə 16 nəfər yaralanıb.

Hadisə ilə bağlı istintaq davam edir, hüquq-mühafizə orqanları hücumun motivlərini və bütün detallarını araşdırır.

***

12:24

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Ahmet Koyuncu adına Texniki Peşə Liseyinə silahlı hücum olub.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, liseyin keçmiş agirdlərindən biri ov tüfəngi ilə məktəbə daxil olaraq təsadüfi atəş açıb.

Hadisə nəticəsində aralarında şagirdlərin də olduğu çox sayda yaralı var. Yaralılardan bəzilərinin hücumdan xilas olmaq üçün özlərini pəncərədən ataraq xəsarət aldığı bildirilir.

Hadisə yerinə çoxsaylı polis, təcili tibbi yardım briqadaları və xüsusi təyinatlı qüvvələr cəlb olunub. Təhlükəsizlik qüvvələri məktəbdə geniş mühafizə tədbirləri görərək şagirdlərin böyük hissəsini təxliyə edib.

Hücum edən şəxs məktəb daxilində gizlənib. Əvvəlcə təslim olmaqdan imtina edən hücumçu təslim olması üçün danışıqlar aparılan əsnada intihar edib.

Hadisə ilə bağlı açıqlama verən Şanlıurfa valisi Hasan Şıldak hücum nəticəsində 18 nəfərin yaralandığını deyib. “Məktəbi tam təxliyə etmişik. Hadisə bütün istiqamətlərdə araşdırılır”, - vali əlavə edib.

Yaralılar arasında şagirdlər, müəllimlər və başqa şəxslər də var. 

Hadisə baş verən ərazidən görüntüləri təqdim edirik:

 

 

 

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!