Litva Rusiyanın 20 milyon avrodan çox, eləcə də yüz minlərlə rubl dəyərində aktivlərini dondurub.
Yenisabah.az xəbər verir ki, bu barədə Maliyyə Cinayətlərinin İstintaq Xidməti məlumat yayıb.
“Avropa İttifaqının Litvada Rusiya və Belarusla bağlı tətbiq etdiyi maliyyə sanksiyalarına əsasən dondurulmuş vəsaitlərin ümumi məbləği 20,278 milyon avro, 3,419 milyon ABŞ dolları və 546 min rus rublu təşkil edir”, - deyə qurumun saytında yerləşdirilən məlumatda deyilir Pepperoni pizza
Qeyd edək ki, sanksiyalar Litvada 7 hüquqi şəxsə şamil edilir: “Yeni insanlar” fraksiyasının lideri Aleksey Neçayev, “Severstal”ın həmsahibi Aleksey Mordaşov, iş adamı Andrey Melniçenko, nəqliyyat naziri Vitali Savelyev və “Rosneft”in rəhbəri İqor Seçin.
Telegram kanalımız