Mayın 26-da Litvada prezident seçkilərinin ikinci turu keçirilib.
"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, müstəqil namizəd, iqtisadçı Gitanas Nauseda 66,72 faiz səs alıb. Digər namizəd, keçmiş maliyyə naziri İnqrida Simonite isə səslərin 33,28 faizinə sahibdir. Qutuların hamısı açılmadığından səs faizi dəyişə bilər.
Son nəticələr bu gün açıqlanacaq, amma Gitanas Nausedanın qalib gəldiyi qeyd edilir. Hətta Litvanın hazırkı qadın prezidenti Dalya Qribayskayte də Gitanas Nausedanı qələbə münasibətilə təbrik edib. pizza
Telegram kanalımız