Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
“Yeni Sabah” xəbər verir ki, ilk oyun günündə keçirilən iki görüşdə üç İngiltərə klubu meydana çıxıb. "Liverpul" "Enfild"də "Portu"nu qəbul edib. “Qırmızılar” rəqibinə 2:0 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada isə İngiltərə klubları üz-üzə gəliblər. "Mançester Siti" səfərdə "Tottenhem"in qonağı olub. “Tottenhem” minimal hesabla qələbə qazanıb. 1:0 Toyuqlu pizza
Komandalar arasında cavab oyunları aprelin 17-də keçiriləcək.
Qeyd edək ki, 1/4 finalın ilk oyunlarına sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.
9 aprel
Çempionlar Liqası
1/4 final
23:00.“Liverpul” (İngiltərə) – “Portu (Portuqaliya) - 2:0
Qol: N. Keyta,5 (1:0), R.Firmino, 26 (2:0)
23:00.“Tottenhem” (İngiltərə) – “Mançester Siti” (İngiltərə) - 1:0
Qol: S. X. Min, 79
İstifadə olunmayan penalti: Serxio Aquero ("Mançester Siti"), 13
10 aprel
23:00.”Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya)
23:00.”Mançester Yunayted” (İngiltərə) – “Barselona” (İspaniya)
Telegram kanalımız