“Liverpul”un baş məşqçisi: “Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim”

saytların hazırlanması

Evə çatdırılma

“Liverpul”un baş məşqçisi: “Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim”

İdman

27 Yanvar 2026 20:18 684


İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slot "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun davranışını təkrar edə bilməyəcəyini söyləyib.

"Yeni Sabah" xəbər verir ki, mütəxəssis bunu evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşərkən söyləyib.

"Çempionlar Liqasının Liqa mərhələsini ilk "dördlük"də bitirməyi planlaşdırırıq. "Qarabağ"a qarşı yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. Lakin heyətdə zədəli futbolçularımız var. "Bornmut"a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim" - deyə o, bildirib. Pepperoni pizza

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!