London merinin mühafizəçisi silah dolu çantanı küçədə unutdu

saytların hazırlanması

Evə çatdırılma

London merinin mühafizəçisi silah dolu çantanı küçədə unutdu

Dünya

04 Aprel 2026 17:10 463


Böyük Britaniya paytaxtının hüquq-mühafizə orqanları London meri Sadiq Xanın mühafizəçilərindən birinin içərisində odlu silahlar olan çantanı küçədə unutması ilə bağlı araşdırmaya başlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Bildirilib ki, yoldan keçən bir şəxs merin cənubi Londondakı evinin qarşısında polisə çanta barədə məlumat verib. Xəbərə görə, onun içərisində "Heckler&Koch" avtomatı, "Glock" tapançası, "Taser" elektroşokeri və başqa sursatlar olub.

Hüquq-mühafizə orqanları martın 31-də qeydə alınan insidenti təsdiqləyiblər. Qurumdan bildirilib ki, polisə məlumat verildikdən sonra yeddi dəqiqə ərzində əməkdaşlar əraziyə gələrək həmin əşyaları təhlükəsiz şəkildə götürüblər. Dördpendirli pizza

Merin təhlükəsizlik qrupunun beş üzvü isə araşdırma bitənə qədər müvəqqəti olaraq vəzifədən kənarlaşdırılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!